Sumqayıtda 40 yaşlı evli kişi küçədə küt alətlə ölümcül döyülüb.
Mynews.az-ın xezerxeber.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib.
Küçə ilə gedən Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zərbəliyev Elşad Səlim oğlu adı hələlik istintaqa məlum olmayan şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər E. Zərbəliyevin əvvəlcə başına küt alətlə vurublar, sonra isə onu ölümcül döyərək qulağını kəsici alətlə kəsmək istəyiblər. Başından, qulağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan E. Zərbəliyev ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub