Gəncədə çoxmərtəbəli binada yanğın olub.
Mynews.az ARB-yə istinadən məlumat verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsi, 48A ünvanında qeydə alınıb.
Alov 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən Günay Abdullayevaya məxsus 103 kvadratmetrlik beş otaqlı evdə meydana gəlib. Mənzilin bir otağında 12 kvadrat metrlik sahə yanıb.
Dərhal hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Sakinlər təxliyə edilib, alov söndürülüb. Tüstüdən zəhərlənən sakinlərə ilkin yardım göstərilməsi üçün hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub