Avqustun 26-da Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermada, orada işləyən Musabəyli kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini Tumas Musayevə xəsarət yetirib hadisə yerini tərk edib.
DİN-dən Mynews.az-a verilən xəbərə görə, T.Musayev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə keçirilən baxış zamanı oradan müvafiq sənədləri olan “ИЖ-18” markalı ov tüfəngi götürülüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Əli Məmmədov tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub