Bakı Ağır Cinayətlər Məhkəməsində evə basqın edərək qadınların ağzını bağlayaraq quldurluq etməkdə təqsirləndirilən Ramin Ağayev və Ceyhun Adıgözəlova hökm oxunub.
Mynews.az xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə kollegiyasının hökmü ilə onların hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2018-ci il martın 2-də Zabrat qəsəbəsində yaşayan Afət Əzizovanın evinə 2 maskalı şəxs basqın edib.
Maskalılar Afət Əzizova və qızı Firuzənin ağızını yapışqanlı lentlə bağlayıblar. Ana və qızı bıçaqla hədələyərək evdən 1700 manat aparıblar.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş - Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub