Şirvan Apelyasiya Məhkəməsində 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Mynews.az Qafqazinfo.az saytına istinadən verdiyi xəbərə görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarı ilə aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Ə.Həmzəyev qərardan kassasiya şikayəti verib.
Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub