Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər sakininin arvadını və qayınanasını bıçaqlaması barədə məlumat yayıb.
DİN-dən Mynews.az-a verilən məlumata görə, avqustun 29-da Bakı şəhər sakini Fəxmidə İsgəndərovanın Nərimanov rayonu ərazisindəki evinin həyətində paytaxt sakini olan qohumu Cəsarət İsgəndərov münaqişə zəminində arvadı Leylaya və F.İsgəndərovaya bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Fəxmidə orada ölüb, Leylanın vəziyyəti isə ağırdır.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.İsgəndərov saxlanılılıb.
09:47
Bakının Nərimanov rayonunda kürəkən qayınanasını qətlə yetirib.
Mynews.az xəbər verir ki, hadisəni Cəsarət İsgəndərov adlı şəxs ailə münaqişəsi zəminində törədib.
Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı İsgəndərova Fəhminə qızı İsgəndərova Leylanı həyat yoldaşı ilə mübahisə etdiyi üçün ata evinə çağırıb. Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan, C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.
C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətindədir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi və Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. C.İsgəndərov istintaq qrupu tərəfindən saxlanılıb. Verilən məlumata görə, hadisə vaxtı o, sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, cütlüyün birgə nikahdan 3 aylıq qız övladı var.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub