Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalov intim münasibətdə olarkən qazdan boğularaq ölüb.
Mynews.az "unikal.org”a istinadən xəbər verir ki, Elvin Zeynalov nişanlı olsa da, uzun müddət imiş ki, Könül Əhədova ilə sevgi münasibətində olub.
O, Könüllə ailə həyatı qurmaq istəsə də, oğlanın ailəsi buna qarşı olub. Hadisə baş verən gün Elvin Zeynalov K.Əhədovaya zəng edərək sentyabrın 7-si toyu olacağını, son dəfə onunla görüşmək istədiyini bildirib.
Gözəllik salonunda çalışan Könül anasından qaynaq edəcəyi adıyla icazə alaraq evdən gedib. Elvinlə münasibətlərindən xəbərdar olan Könülün anası qızının saat 21:00-dan getdiyini 00:30-a qədər gəlmədiyini görüncə qızına zəng edir.
Bu zaman Könül anasına gələcəyini bildirsə də, sonradan onun telefonuna zəng çatmır. Daha sonra hər iki tərəfin ailəsi onların qarajda boğulduqlarından xəbərdar olur.
Qeyd edək ki, sentyabrın 7-də toyu olacaq Elvin Zeynalovun bu gün xınayaxtı mərasimi olacaqmış.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub