Ukraynanın Xarkov vilayətinin Volçansk rayonunda miqrasiya qanununu pozan iki nəfər saxlanılıb.
Mynews.az xəbər verir ki, bununla bağlı “Depo.Харьков” Xarkov polisinə istinadla məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların Ukrayna ərazisində qalmaq müddəti başa çatıb:
“Azərbaycanlıların olduğu avtomobil Volçansk şəhərində saxlanılıb. Məlum olub ki, həmin şəxslər istirahət üçün Ukraynaya gəlib və Odessada qalıb. Qalma müddəti başa çatdıqdan sonra onlar Ukrayna ərazisini tərk etməyib”.
Hazırda onların deportasiyası üçün sənədlər hazırlanır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub