Salyan rayonunda ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi olub.
Mynews.az xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində baş verib.
“VAZ-2107” markalı, 50-CC-042 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, rayonun Həsənli kənd sakini, 1984-cü il təvəllüdlüVəliyev Samil Ələşrəf oğlu hadisə yerində ölüb.
Yaralı olan Qardılı kənd sakini, 1958-ci il təvəllüdlü Şikarov İbad Bayramoğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onu şəxsi xəstəxanaya aparan “Mercedes” markalı avtomobil rayonun Tale Davudzadə küçəsində işıq dirəyinə çırpılıb, hadisə nəticəsində sürücü ölüb.
Daha sonra yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri Report.az yayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub