İmişli rayonunda yeni doğulan körpə ölüb.
Mynews.az verdiyi məlumata görə, hadisə ötən gün baş verib. Avqustun 28-də gecə saat 01 radələrində İmişli rayonunun Bəcirəvan kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Ziba Fərhad qızı İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib və orada oğlan uşağı dünyaya gətirib. Həkimlər razılıq verməsə də, yeni doğulan körpə valideynlərin təkidi ilə xəstəxanadan çıxarılaraq evə aparılıb.
Avqustun 30-da uşağın səhhətində problem yaranıb. Körpə yenidən xəstəxanaya gətirilsə də, həkimlər uşağın həyatını xilas edə bilməyib. 2 günlük körpə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub