Xəbər verdiyimiz kimi, bu gecə tanınmış kinoşünas, dramaturq, əməkdar incəsənət xadimi Aydın Dadaşov dünyasını dəyişib. Kinoşünas bu gün saat 12.00 da dəfn olunacaq.
Mynews.az xəbər verir ki, yeniçağ.az Aydın Dadaşovun oğlu Orxan Dadaşzadə ilə əlaqə saxlayıb. Orxan atası ilə bağlı maraqlı faktlar açıqlayıb:
"Atam xəstə deyildi, qəfildən infarkt keçirtdi. Gecə halı pisləşib, mənə zəng elədi ki, tez yanıma gəl. Özümü çatdırdım… Bu barədə danışmaq mənə çox ağırdır (ağlayır). Anam onu dalınca apardı. Yeddi ay əvvəl anamı itirmişdik. İndi də atam getdi. Atam həmin vaxt qəza keçirtmişdi. O ağır günlərində anam bir dəqiqə də olsun onun başı üzərindən çəkilmədi. Anam həkim idi, atamı sağaldıb ayağa qaldırdı, özü dünyasını dəyişdi. Təsəvvür edin, atam ayağa qalxan gün onu son mənzilə yola saldı. Elə deyirdi ki, mən onsuz yaşamayacam. Elə dediyini də elədi. Atam anamı həddən artıq çox sevirdi və həyatını onsuz təsəvvür etmirdi. Yeddi ayın içində iki ağır itki yaşamaq dəhşətdir".
Qeyd edək ki, A.Dadaşovun iki qız və bir oğul övladı var.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub