Azərbaycanlı həkim Elxan İbrahimov vəfat edib.
Mynews.az xəbər verir ki, dünən anidən həkimin beyninə qan sızıb.
Onu təcili yardımla xəstəxanaya çatdırsalar da həkimlər həyatını xilas edə bilməyiblər.
Tanınmış dietoloq Leyla ZülfüqarovanınBAKU.WS-ə verdiyi məlumata görə, mərhum övladlarının təhsili ilə bağlı qardaş ölkəyə köçmüşdü:
"Elxan doktoru çox vaxtsız itirdik. Gözlənilməz xəbər çox sarsıtdı bizi. Doğmaları şok içindədir. Türkiyədə yaşayırdı, amma son zamanlar Bakıda da çox olurdu. Siqareti tərgitmişdi və bu da onun təzyiqini oynadırdı. Yaxın dostları deyir ki, təzyiqi yüksək olsa da, dərman qəbul etmirdi. Bu dünyada rəhməti qazanmış dəyərli doktor idi. Allah rəhmət etsin! Övladları ilə bağlı planladığı arzuları çin olsun".
Ailə Bakıda olmadığından E.İbrahimovun cənazəsi dünəndən morqda qalıb. Xanımı və iki övladı gəldikdən sonra meyit ailəyə təhvil verilib.
Dostları onun ölümünün səbəbini çox işləməsində və sağlamlığına diqqət yetirməməsində görürlər.
Qeyd edək ki, Elxan İbrahimov N. Tusi adına xəstəxananın və Sağlam Ailə Tibb Mərkəzinin baş həkimi olub. Sonuncu iş yeri "İnter Diaqnostik Mərkəz" idi.
Azərbaycanın sayılıb-seçilən uroloq-androloqu olan E.İbrahimov kişilərdə sonsuzluq probleminin həlli üzrə ad-san qazanmışdı.
O, eyni zamanda iş adamı idi. İşgüzar fəaliyyəti Azərbaycan və Türkiyəni əhatə edirdi.
Allah rəhmət etsin!
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub