Bakıda dəmir yolu xəttində ölümlə nəticələnən qəza baş verib.
Mynews.az xəbər verir ki, hadisə sentyabrın 3-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Biləcəri-Keşlə dəmir yolu xətttinin 265-ci kilometrliyində dəmir yolunun piyadalar üçün keçid müəyyən olunmayan hissəsindən keçmək istəyən Hüseynov Allahverdi Mütəllim oğlu Biləcəri Lokomotiv Deposuna məxsus 25-29 saylı elektrovozla vurulub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Fakta bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub