Dövlət Sərhəd Xidməti Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində baş verənlərlə yeni məlumat yayıb.
Mynews.az xəbər verir ki, dünən saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycandan Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü GR vətəndaşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi buraxılış məntəqəsinin darvazısını sındırmış və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.
Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat etmiş, hadisə zamanı 1 ədəd minik avtomobili əzilmiş və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.
Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılmış və Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi xidməti vəzifələrinin icrası zamanı həlak olmuş çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub