Bakıda uşaqlara işgəncə verən tərbiyəçidən xəbər var

Yasamal rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın CM-nin 133.2.1 (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Mynews.az-ın məlumatına görə, bu il iyun ayının əvvəllərində Bakıda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.
Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
Görüntülər ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.
Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib. Araşdırma üçüb Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal RPİ 26-cı polis bölməsinə dəvət olunub.
Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, sonuncunun uşaqlara işgəncə verməsi sübuta yetirildikdən sonra, rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İş üzrə hazırlıq iclası sentyabrın 11-ə təyin edilib.
Hadisə
- 2 hərbçi faciəvi şəkildə öldü
- Taxta bazarında baş verən yanğında ölən sahibkarın FOTOSU
- Hacıqabulda yol qəzasında ölən iki nəfər məktəbli olub - ADLAR
- Onlayn alış-veriş edənlər üçün vacibməlumat - Tələyə düşə bilərsiz
- Bakıda avtobusda yeniyetmədən qeyri-etik davranış
- Moskvadan qayıdıb arvadını öldürdü - Xəyanət şübhəsi, gizli “WhatsApp” yazışması
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 977 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 967 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 934 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 559 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 551 dəfə oxunub