Son günlər İsmayıllı rayonunda qeyri-adi hadisə yaşanır. Artıq 10 gündən çoxdur ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında rayon sakinlərinin evlərinə girərək oğurluq edir. Maraqlısı odur ki, onlar evlərdən pul və ya qızıl-zinət əşyalarını deyil, qadınların alt paltarlarını oğurlayırlar.
Rayon sakinlərinin Mynews.az-a verdiyi məlumata əsasən, artıq bir neçə evdə eyni hadisə təkrarlanır. Oğurlanan əşyalar isə daha sonra rayon qəbirstanlıqlığında məzarların, baş daşlarının üstünə asılmış vəziyyətdə tapılır. Baş verən hadisədən narahatlıq keçirən rayon sakinləri artıq polisə də məlumat veriblər.
İsmayıllı Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Polis idarəsinə məlumat daxil olub. Hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra isə məsələ barəsində ətraflı məlumat vermək mümkün olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub