Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Qeyd edək ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş vermişdi. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranmışdı. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Əgər istintaq zamanı səhlənkarlıq və yeyinti faktoru öz təsdiqini taparsa Etibar Pirverdiyevi hansı cəza gözləyir?
Mynews.az-ın məlumatına görə, bununla bağlı açıqlama verən vəkil Əsabəli Mustafayev bildirib ki, bu barədə ciddi araşdırma aparılmalıdır:
"Yəni partlayışın baş vermə səbəbləri müəyyən olunmalıdır. O transformatorun təzə və ya köhnə olması müəyyənləşdirilməlidir. Köhnədirsə niyə yenilənməyib. Təmiri niyə vaxtında aparılmayıb. Enerji sisteminin yenilənməsi üçün 5 milyard manat investisiya yatırıldığı deyilir. Pullar məqsədə uyğun xərclənilibmi? Artıq bunlar müəyyən edildikdən sonra məsuliyyət dərəcəsi də aydın olacaq. Ola bilər ki, pullar düzgün xərclənib və partlayan transformator təzə olub. Ola bilər ki, zavodun günahı ucbatından transformator partlaya bilər. Əlbəttə, bu halda məmurların məsuliyyəti bir az azalır. Amma məlum olsa ki, transformator köhnədir və dəyişdirilməli idi, lakin rəhbərlik bu məsələyə məsuliyyətsiz yanaşıb, o zaman ciddi tədbirlər görüləcək. Bilirsiniz ki, bu məsələ strateji xarakter daşıyır, birbaşa rəhbərliyin nəzarətində olmalıdır. Elə bir sistem yaradılmalıdır ki, yaranan kiçik problem zamanında həll edilsin. Əgər bu sistemi qura bilməyiblərsə təbii ki, məsuliyyət daşıyırlar. Hansı məsuliyyətin daşıdığı isə araşdırmalardan sonra bəlli olacaq. Sadəcə rəhbərlik səhlənkarlığı olub. Vaxtında vəzifəsini icra edə bilməyib. Bu zaman intizam məsuliyyəti daşıya bilər. Əgər ayrılan pullar məqsədə uyğun xərclənməyibsə, artıq burada korrupsiya əlaməti var. Onun da məbləği müəyyən edilməlidir. Bu barədə nəyisə demək çətindir. Amma bu məsələdə iki məsuliyyət ola bilər. Bir məsuliyyətsizlik və korrupsiya. Əgər yeyinti varsa, bu, korrupsiyadır. Bunun məbləği məsuliyyətin dərəcəsinə çevrilir. Əlbəttə, bütün bunlar istintaqın nəticəsindən sonra bilinəcək. Əgər burada böyük korrupsiya əlaməti varsa, 10 ildən də yuxarı cəza düşür”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub