Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanılıb.
Mynews.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də Gəncə şəhər Kəpəz rayon ərazisində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aytac Aslan qızı Tanrıverdiyevanı qətlə yetirən, 1991-ci il təvəllüdlü Elvin Arzu oğlu Nəbizadə tutulub.
Qeyd edək ki, E.Nəbizadə məhkəmə binasının önündə, ondan boşanmaq istəyən həyat yoldaşı A.Tanrıverdiyevanın qarşısını kəsərək üzərində gətirdiyi bıçaqla onun döş qəfəsinə çoxsaylı bıçaq zərbələri vurub. Qadın yaxınlarının köməyi ilə avtomobilə qoyularaq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub