Şəkidə avtomobil körpüdən dərəyə düşüb, üç nəfər xəsarət alıb.
Mynews.az-ın məlumatına görə, hadisə sentyabrın 6-dan 7-nə gecə saat 04 radələrində Şəki-Qax avtomobil yolunda baş verib.
Şəki şəhər sakini 1986-cı il təvəllüdlü Asif Vahid oğlu Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın ərazidən axan çayın üzərindəki rəmzi “İncə” körpüsündən dərəyə yuvarlanıb. Qəzadan sonra sürücü Asif Qurbanov və avtomobildə olan Şəki şəhər sakinləri – 1996-cı il təvəllüdlü Taleh Etibar oğlu Mahmudov və 1992-ci il təvəllüdlü Ceyhun Şirməmməd oğlu Beydiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
MRX-dan bildirlib ki, yaralılardan Asif Qurbanov vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirlib. Yaralılardan Ceyhun Beydiyev cərrahiyə şöbəsinə yerləşdirlib, Taleh Mahmudovun vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır./Report/
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub