Qusarda silsilə oğurluqda əli olan dəstə üzvləri saxlanılıblar.
Mynews.az ARBTV-yə istinadən xəbər verir ki, 10 nəfərdən ibarət qrup 3 il ərzində evlərdən ümumi dəyəri 100 min manatadək olan oğurluq ediblər.
2015-ci ildən silsilə oğurluqlar törədən qrup üzvlərindən 3 nəfər - Şıxzada Şıxıyev, əvvəllər məhkum olunan Bəhruz Nurullayev və Nadim Ağaxanov şəhər sakini Bəhruz Quliyevə qarşı quldurluq ediblər. Oğurluq məqsədilə evə girən dəstə üzvləri ev sahibinə bıçaqla xəsarət yetiriblər.
Bəhruz Nurullayev - Saxlanılan şəxs: "Şıxzada zəng elədi, çağırdı bizi. Dedi ki, ev boşdu gedək. Bıçağı çıxarmışdı, dedi mən heç nə etmək istəmirəm, mənə pul və qızıllar lazımdır. Ev sahibi də əl atanda əlini kəsdi".
Alim Ağabəyov - Saxlanılan şəxs: "1100 manat pul çıxardım birinci evdən. Rasimin evi idi, qonşum idi. İkincisi də qohumum Robert idi. Onlar atamgilə gedən vaxtı zəng edib demişdim ki, girin evə. Marat girib oradan pul götürmüşdü. Bilmədim nə qədər götürdülər, mənə çatan 800 manat oldu".
Fərrux Yarəliyev - Saxlanılan şəxs: "3 dənə evə girmişəm. Birindən televizor, "mikrovalnovka", zinət və ev əşyaları, qalanlarından qızılla pul oğurlamışam".
3 il ərzində dəstə üzvləri 17 evdən ümumi dəyəri 100 min manatadək olan pul, qızıl, zinət və ev əşyaları oğurlayıblar. Dəstənin 7 üzvü barəsində həbs qətimkan tədbiri görülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub