Azərbaycanlı qız gözəl olduğuna görə öldürülüb.
Tatarstanda milli qvardiyada xidmət edən 28 yaşlı əsgər 21 yaşlı sevgilisi Elnarə Qaraxanovanı qısqandığına görə eyvandan atıb.
Qızı əvvəlcə vəhşicəsinə döyən Marat Saxapov hadisəni törədən zaman içkili olub. Marat Elnarənin üzünü tanınmaz hala saldıqdan sonra onu 18 metr hündürlükdən atıb. Elnarə hadisə yerindəcə keçinib.
"Balamın üzündən öpüb "sağol" deməyə imkanım olmadı", - Elnarənin anası məhkəmədə fəryad edib.
Marat Saxapov məhkəməyə gələndə üzünə maska taxıb. O, əvvəl cinayəti boynundan atmağa çalışsa da, sonra təsdiqləyib.
Marat sevgilisini qəşəng olduğuna görə qısqanıb və başqa sevgili tapacağını düşünərək öldürüb.
///Milli.Az



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub