Bu gün Xırdalanda baş verən faciəvi hadisədə həyatını itirən şəxslərdən 3-ü ilə bağlı məqam xüsusilə ilə sarsıdıcıdır.
Mynews.az lent.az-a istinadən məlumatına görə, yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı və 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır. L.Xanlayevanın da Gəncədə təhsil aldığı deyilir.
Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Ana Nübar Musayeva ötən gün böyük qızı Lamiyəni Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qızının kirayədə yaşadığı evdə gecələmək istəyib və o gecə bir ailənin son gecəsi olub.
Əldə etdiyimiz məlumata görə, Xanlayevalar ailəsinin başçısı Vahid Xanlayev də hələ bir neçə il əvvəl dünyasını dəyişib. O da bildirilir ki, ailənin dünyasını dəyişən qızlardan başqa övladı olmayıb. Beləcə, bir ailə bir gecənin içində yox oldu.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub