Rusiyanın Levoberejnıy rayon məhkəməsi 37 yaşlı azərbaycanlı ilə bağlı qərar çıxarıb.
Mynews.az xəbər verir ki, qətllə başa çatan “Vstreça” kafesində baş verən davaya görə o, 14 il müddətinə azadlıqdan məhrum olunub.
Hadisə rayonun Volqoqrad küçəsində yerləşən kafedə, 2017-ci il aprelin 19-da baş verib. Azərbaycanlı qardaşı və dostu ilə birlikdə kafedə spirtli içki qəbul edib. Kişi və onun qardaşı kafenin digər üç müştərisi ilə mübahisə edib.
Dava zamanı müttəhim cibindəki bıçağı çıxarıb və qarşı tərəfdən iki nəfərə xəsarət yetirib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb. Kişi məhkəmədə əməlini etiraf edib.
oxu.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub