Ötən axşam Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Salyan-Sabirabad avtomobil yolunun Sabirabad rayonunun Cəngən kəndindən keçən hissəsində 18 yaşlı kənd sakini Lamiyə Xalıq qızı Mərdanova Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini, 31 yaşlı Rövşən Elşən oğlu İsmayılovun idarə etdiyi "Mercedes-C” markalı 90 EH 382 dövlət nömrə nişanlı minik maşını ilə vurulub. Hadisə baş verən zaman piyada L.Mərdanova yaxınları ilə birgə bacısının Salyan rayonunda keçirilən toy məclisindən qayıdırmış. Onlar avtobusdan düşərək yolu keçmək istədikləri zaman Lamiyəni maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Bundan qəzəblənən həyatını itirmiş piyadanın yaxınları sürücünü döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiklərindən o, maşını hadisə yerində qoyaraq könüllü Salyan Rayon Polis Şöbəsinə gəlib və təslim olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub