Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər.
Sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb.
Keçirilmiş tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qaydada qulluq edilərək yetişdirilmiş dörd ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulmuş gövdələri və 3 kq 246 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub