Gömrükçülər külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan Mynews.az-a verilən məlumata görə, “Yalama” gömrük postunda Bakı-Moskva qatarının sərnişini olan Azərbaycan Respublikasının vətəndaşına məxsus əl yüklərinə gömrük baxışı keçirilib.
Baxış zamanı əl çantasındakı iki ədəd bağlamanın içərisində gömrük nəzarətinə bəyan edilməyən 505 qram gümüş zərgərlik məmulatları - 111 ədəd üzük, 102 cüt sırğa, 41 ədəd boyunbağı, 38 ədəd qolbaq və 54 ədəd kulon aşkar olunub.
Bundan başqa, digər paketin içərisindəki bağlamada isə gömrük nəzarətindən gizlədilmiş 141 qram qızıl zərgərlik məmulatları - üç ədəd qolbaq, bir ədəd boyunbağı, iki ədəd üzük-sırğa dəsti və bir ədəd kulon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub