Əldə edilən əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində şəhər sakinləri əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış zamanı psixotrop tərkibli 59 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 465 ədəd “Qaloperidol-Rixter 5 mq”, 30 ədəd “Aminazin” və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd “Tramadol kalseksi 2 ml” aşkar edilərək götürülüb.
Mynews.az xəbər verir ki, DİN BNMİ və QBRŞ əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd “Tramadol 50 mg”, psixotrop tərkibli 100 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 34 ədəd “Kalium-Permanqanat”, 250 ədəd “Diabeton MR 60 mq” və 9 ədəd “Xumulin NPX” aşkar edilərək götürülüb.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub