Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Elçin Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara əsasən, E. Əhmədovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Əhmədov üç il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Elçin Əhmədov vətəndaşlara dövlət orqanlarında işə düzəldəcəyi vədini verib, onların ümumilikdə 50 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.
E. Əhmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olub.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub