Bakının Nərimanov rayonunda qadınlar şantaj olunub.
Sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib.
Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını, hədə-qorxu gələrək 457 manat pullarını aldığını bildiriblər.
Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb.
O, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.//Teleqraf.com
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub