Bu gün Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.
Mynews.az xəbər verir ki, baku.ws-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət qatarı gecikib. İlk qatar 5 dəqiqə, ikinci qatar isə 10 dəqiqə gecikib.
Nəticədə sərnişinlər arasında narahatlıq yaranıb. Bəzi sərnişinlər işə gecikdiyi üçün gözləməyib.
Dəmir yolu işçilərinin verdiyi məlumata görə, yolda işıqforlarda problem yaranıb. Bu səbəbdən də, qatarlar gecikib. Bələdçinin sözlərinə görə, Sumqayıtdan Bakıya gedən istiqamətdə yaşıl işıq yanmadığına görə, qatar dəqiqələrlə yolda dayanıb.
Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova BAKU.WS -ə açıqlamasında bildirdi ki, qatarların gecikməsinə texniki nasazlıq səbəb olub.
"Artıq problemlrə aradan qaldırılıb. Narahatlığa əsas yoxdur”, - deyə Sevinc Qədirova bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub