“Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev məhkəmə qərarından Ali Məhkəməyə kasasiya şikayəti verib.
Mynews.az-ın xəbərinə görə, iş hakim Tahir Kazımovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası oktyabrın 31-nə təyin edilib.
S. Seyfullayev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, bu iş üzrə ittiham olunan sabiq deputat Dünyamin Xəlilov, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov kasasiya şikayəti verməyiblər.
“Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov bir müddət əvvəl kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılan zaman Fərhad Əmiraslanov kasasiya şikayətinin geri götürülməsi barədə hakimə ərizə göndərib. Hakim onun ərizəsini təmin edib və kasasiya şikayətini baxışdan çıxarıb. İşin geri qaytarılması barədə qərar qəbul edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalova beş il müddətinə cəza kəsilib. Onlar məhkəmə zalında həbs edilib. Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov dörd il müddətinə şərti cəza alıb.
Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Dünyamin Xəlilovun cəzası 12 il 9 aya, Mənsur Zeynalovun cəzası isə 4 il 6 aya endirilib. Qalan təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Dünyamin Xəlilov “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
O, “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub