Azərbaycanda 24 yaşlı qız əmisiylə ailə qurdu
Ötən ilin aprel ayında əmisinə qoşulub qaçdığı deyilən Gəncə sakini, 24 yaşlı Günel Səfərovadan xəbər var.
Mynews.az xəbər verir ki, "Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Səfərova elə əmisiylə Gəncənin Məhsəti qəsəbəsinin (Sevinc qəsəbəsi) yaxınlığında yaşayır. Mənbə bildirir ki, G.Səfərova mağazalardan birində satıcı işləyir, əmisi isə dəmir alveriylə məşğuldur.
Günel Səfərovanın əmisinin keçmiş həyat yoldaşı Həmidə Səfərova da Gəncədə yaşayır. Mənbənin sözlərinə görə, H.Səfərova "Dubay bazarı" adlanan yerij yaxınlığındakı gecəqondu məhəlləsində məskunlaşıb və o da mağazada satıcı kimi çalışır.
Bildirilir ki, qohumların əksəriyyəti H.Səfərova və G.Səfərova dan imtina edib.
Qeyd edək ki, ötən ilin aprelində Həmidə Səfərova mətbuata müraciət edərək, həyat yoldaşı Həsən Səfərovun 23 yaşlı qardaşı qızı Günel Səfərovayla qaçdığını bildirmişdi.
Məsələylə bağlı yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub