"Qardaşım Elçinlə bir dəfə telefon əlaqəsi saxlaya bilmişik. Söhbətimiz zamanı o, qətllə bağlı heç nə demədi. Hal-əhval tutduq, salamat olduğunu dedi”
Bunu AzVision.az-a Qarabağ kanalında meyiti aşkar edilən xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov deyib.
Onun sözlərinə görə, qardaşı Elçin Hüseynov vəkili ilə söhbətində xanəndə Miryusifin qətlindən xəbərsiz olduğunu söyləyib və ifadəsini dəyişib.
"Hazırda Elçinin işini Ağcabədi Rayon Polis İdarəsi araşdırır. Biz onunla hələ də üz-üzə danışa bilməmişik. Bərdə rayon Polis İdarəsində verdiyi izahatla vəkilinə verdiyi izahat bir-birini təkzib edir. Orada qətli etiraf edirdisə, burada isə tamamilə əksini deyir. Düşünürük ki, onu qorxudublar, bəlkə də buna görə ilkin ifadəsində qətldən xəbərdar olduğunu deyib. Biz də bilmirik, hadisə necə olub, günahkar kimdir. Yəqin, araşdırmadan sonra həqiqətlər üzə çıxacaq”.
Qeyd edək ki, avqust ayında xanəndə Novruz Hüseynov yaxın dostu Miryusif Mirizadəni bıçaqla qətlə yetirib, daha sonra isə özünü Qarabağ kanalına ataraq intihar edib. Müəmmalı qətllə bağlı müxtəlif versiyalar səsləndirilib. Məlumata görə, xanəndələr hadisə baş verən gün narkotik maddə qəbul ediblər. Qətllə əlaqədar araşdırma zamanı xanəndə Novruz Hüseynovun qardaşı Elçin HÜseynov polis tərəfindən saxlanılıb. Ona qarşı cinayəti bilib gizlətdiyinə görə iş açılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub