Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.
DGK-dan Mynews.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən müvafiq qaydada sorğu-sual edilib.
Vətəndaş özü ilə gətirdiyi 1 ədəd televizor, 2 ədəd noutbuk və 1 ədəd mobil telefondan başqa mütləq qaydada bəyan edilməli malların olmadığını bildirib.
Lakin vətəndaşın əl yükü rentgen aparatından keçirilərkən, monitorda mobil telefon qutularının təsvirləri görünüb. Bu səbəbdən yük təkrar yoxlanılıb. Vətəndaş əl yükündə gizlətdiyiboş mobil telefon qutuları barəsində sorğu-sual edilərkən isə həmin qutuların içərisindəki telefonların Bakı şəhərində olduğunu bildirib. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.
Nəticədə, həmin şəxsin corablarının içərisində sellofanlara bükülərək gömrük nəzarətindən gizlədilmiş, hər ayağında 5 ədəd olmaqla, cəmi 10 ədəd "İphone X 64 GB" markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub