Bu gündən etibarən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi ərazi üzrə polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində də həyata keçiriləcək.
Bu barədə Mynews.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar həftənin altı günü, saat 09:00-dan axşam saat 18:00-dək yeni nəsil şəxsiyyət vəsiqələri almaq üçün nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, yeni vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir.
Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub.
Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub