Dünən Daşkəsən rayonunun Qabaqtəpə kəndində övladları tərəfindən vəhşicəsinə döyülən 74 yaşlı İlyas Bağırov və 64 yaşlı Tamara Bağırovanın görüntüləri yayılıb.
Mynews.az xəbər verir ki, yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yaşlı ər-arvadın vəziyyəti çox ağırdır.
Hadisəni törədən Firdovsi Bağırovun narkotik maddə istifadəçisi olduğu üçün bir-neçə il məhkumluq həyatı yaşadığı, hadisə vaxtı sərxoş olduğu bildirilir. Zərərçəkmişlərin nəvəsi Mənsurə Zeynalova deyib ki, hadisə nənəsi həyətdə odun doğrayarkən baş verib: “Nənəm çöldə odun yarırmış, bu da hardan gəlib, bilmirəm nə mübahisə ediblər, nənəmi ölümünə döyüb. O biri gəlinimiz gəlib hadisə yerinə, ona da xəsarət yetirmək istəyəndə gəlin qaçıb. Nənəmi döyəndən sonra qaçıb evdən. Ailəsini, uşağını yola vermirdi. Uşaqları yaxşı oxuyur, amma, orta məktəbə qoymurdu. Yoldaşına artıq-əskik sözlər deyirdi. Axır gəlin məcbur oldu, çıxdı getdi”.
Faktla bağlı cinayət işi açılıb.
.jpg)
.jpg)
.jpg)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub