Rusiyanın Tomsk bölgəsinin hüquq-mühafizə orqanlarında qaçaqmalçılıqda şübhəli bilinən yerli iş adamına qarşı cinayət işi başlanılıb.
Mynews.az xəbər verir ki, bununla bağlı Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Həmin iş adamı saxta sənədlərlə Azərbaycan və Özbəkistana 10 min kubmetr həcmində taxta-şalban göndərmək istəyib. Qaçaqmalın ümumi dəyərinin 40 milyon rubl (təxminən bir milyon manat) olduğu bildirilib.
Faktla bağlı araşdırmalar başlanılıb. Əməli sübuta yetirilərsə, həmin şəxsi yeddi ilədək həbs cəzası gözləyir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub