Neftçala rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birinin həyətindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakinləri Raiq Qədirov, Cəlal Miriyev və Abbas Cəbrayılov saxlanılıblar.
R.Qədirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə avqustun 17-də onun həmyerlisi Firuddin Qafarovla birgə rayon ərazisindəki evlərin birindən 24000 rubl , 50 manat pul, 2500 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlaması da müəyyən edilib.
Görülən tədbirlərlə F.Qafarov saxlanılıb. Aparılan araşdırmalar nəticəsində onun sentyabrın 1-də Xıllı qəsəbəsindəki evlərin birindən 27 manat və 1000 ABŞ dolları, habelə həmyerlisi Əmanət Umudovla birgə aprelin 5-də daha bir evdən 360 manat və 500 ABŞ dolları, 2350 manat dəyərində qızıl əşyalar oğurlaması müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri ilə Ə.Umudov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Müəyyən edilib ki, bu il mayın 23-də o, rayon ərazisindəki evlərin birindən 1700 manat və 200 ABŞ dolları, 5000 manat dəyərində qızıl əşyalar oğurlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub