İsmayıllı rayonunda naməlum şəxs və ya şəxslərin həyətlərə girərək, qadınların alt paltarını oğurlaması faktına görə iki nəfər saxlanılıb.
Mynews.az-ın məlumatına görə, məsələ barədə sakinlər tərəfindən hüquq-mühafizə orqanlarına iki müraciət daxil olub.
Birinci fakt üzrə saxlanılan Ceyhun Nəcəfov adlı şəxsin ruhi xəstə olduğu müəyyənləşib.
Digər müraciət isə həyətlərə kiminsə girməsi barədə rayonun Hacıhətəmli kənd sakini Zaur Şirəliyev tərəfindən olub.
Araşdırma nəticəsində kənd sakininin sərxoş olduğu ortaya çıxıb. Onun həyətə kiminsə girməsi barədə verdiyi məlumatın yanlış olduğu müəyyənləşib. Yəni, polisə bilərəkdən səhv məlumat verilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı rayon sakinlərinin narahatlıq keçirməsi üçün heç bir səbəb yoxdur. Son günlər məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət daxil olmayıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub