Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Sammari” markalı minik avtomobili hərəkətdə olarkən qarşıdan gedən yük maşınından kiçik tutumlu çən yerə düşüb. Sürücü ona toxunmamaq üçün maşını yana qaçırtmaq istəyən zaman idarəetməni itirib və nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtombildə olan Biləsuvar sakinləri - 1984-cü il təvəllüdlü Səmədov Elvin Nurəddin oğlu və 1987-ci il təvəllüdlü Bəndiyev Taleh Ədalət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub