Bu gün axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.
Mynews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Liman şəhərinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.
Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisəsi edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Vurulan şəxs Liman şəhərinin axundunun qardaşıdır. Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub