Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində dələduzluq yolu ilə insanları aldadaraq, onların etibarından sui-istifadə edən və pullarını mənimsəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, Bakı şəhər sakini Çərkəz Həsənov Polis Şöbəsinə müraciət edərək, bir müddət əvvəl Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Nizami vəFərid adlı şəxslərlə tanış olduğu və həmin şəxslər tərəfindən 2400 ABŞ dollarının mənimsənildiyi barədə məlumat verib.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Cəlilabad rayon sakini Taleh Həşimov və Biləsuvar rayon sakini Röyal Həsənovsaxlanılıblar.
Araşdırma zamanı həmin şəxslərin zərərçəkəni Rusiyaya geyim əşyaları göndərməkdə ona kömək edəcəkləri adı altında aldadaraq, metronun “Nərimanov” stansiyasının yaxınlığında qeyd edilən miqdarda pulu dələduzluq yolu ilə əldə etdikləri məlum olub.
T.Həşimov və R.Həsənovun verdikləri vədə əməl etmədiyini görəndən sonra zərərçəkən bu barədə polisi məlumatlandırıb. Saxlanılan şəxslər ifadələrində daha iki nəfəri eyni üsulla aldadaraq, pullarını ələ keçirdiklərini bildiriblər.
Qeyd edək ki, T.Həşimov özünü zərərçəkənlərə Nizami, R.Həsənov isə Fərid kimi təqdim edib.
Faktlarla bağlı 18-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. T.Həşimov və R.Həsənovun əməllərindən zərərçəkən və hələ də polisə məlumat verməyən başqa şəxslər varsa, bu barədə DİN-nin “102” Zəng Mərkəzinə, Nərimanov Rayon Polis İdarəsinə və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub