Azərbaycanlı iş adamı, jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılovu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Mynews.az milli.az-a istinadən xəbər verir ki, Etimad İsmayılovu ofisində başından və ürəyindən güllələyərək qətlə yetirən keçmiş polis rəisi və onu müşayiət edən sürücüsü saxlanılıb.
Keçmiş polis rəisi Gözəl Dəmirov və sürücüsü Beşiktaşda bir məkanda saat 01:00 radələrində yaxalanıb.
Gözəl Dəmirovun Azərbaycanda bir zamanlar rayon polis rəisi vəzifəsində çalışdığı və adı hallanan bir hadisədən sonra Türkiyəyə qaçdığı deyilir.
Gözəl Dəmirov və sürücüsü hal-hazırda təhlükəsizlik əməkdaşları tərəfindən dindirilir.
Keçmiş polis rəisinin iş adamı Etimad İsmayılovu pul üstündə (borc) vurduğu iddiaları araşdırılır.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub