Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran selofan torba tapılıb.
Ekspertizaya təqdim olunan həmin maddənin çəkisi 1 kiloqram 835 qram heroin olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Mynews.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda həmin narkotikin kimə məxsus olduğu müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub