Rusiyanın Volqoqrad vilayətinin Çerepovetski şəhər məhkəməsində saxta aksizli spirtli içki satan Azərbaycan vətəndaşına hökm oxunub.
Mynews.az xəbər verir ki, istintaq məlumatlarına görə, 2017-ci ilin iyununda kişi səkkiz min butulka araq, konyak və qırmızı çaxır satmaq istəyib.
Spirtli içkilərin üzərində heç bir aksiz markası olmayıb.
Müsadirə olunan ümumi malın dəyəri 1,7 milyon rubl (25,4 min dollar. - red.) olub. Müttəhim 200 butulka spirtli içkini satmağa müvəffəq olub.
O, məhkəmədə əməlini etiraf edib və bildirib ki, qısa zamanda varlanmaq istəyinə görə bu cinayətə əl atıb. Məhkəmənin qərarına görə, o, 1 il 6 ay müddətinə həbs və 300 min rubl (4,5 min dollar) pul cəzası alıb. (Oxu.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub