Biliyə yiyələnmək, azad yaşamaq, yaratmaq əvəzinə dəmir barmaqlıqlar arasında yaşayan azyaşlılar...
Mynews.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi "Uşaqlar niyə cinayət törədir?" mövzusunda süjet hazırlayıb.
Süjetdə qeyd olunur ki, cəmiyyətimizdə cinayət törədərək məhkumluq həyatı yaşayanlar arasında azyaşlılar da var və bu say artmaqdadır.
Uşaq yaşlarında avara həyat tərzinə alışan, intizamsızlıq edən onlarla yeniyetmə sonda cinayət törədərək həyatını puç edir.
Ötən ilin statistikasına görə, Azərbaycanda 14-17 yaşlı 323 uşaq törətdiyi cinayatə görə məhkum olunub. Bu, 2016-ci illə müqayisədə 61 nəfər çoxdur. Ekspertlərin fikrincə, artıma səbəb olan amillər arasında cəmiyyətin etinadsızlığı, kriminal aləm haqqında məlumatların tirajlanması və s. ilk yerləri tutur.
Sabiq polis rəisi Şəmsəddin Əliyev mövzu barədə fikirlərini bildirib:
“Cinayətkar aləmin təbliğ olunması cəmiyyət üçün arzuolunan deyil. Heç vaxt müsbət nəticəyə gətirmir. Çox vaxt insanlar daha asan törədilə bilən cinayətlərə gedirlər. Xırda oğurluq, xuliqanlıq və başqa. Yeniyetmələr də məhz bu tip cinayətlərə meyilli olurlar.
Orta məktəblərdə yeniyetmələrlə işlər üzrə inspektorlar fəaliyyət göstərir. Bu Sovet dönəmindən var. Cilovlanmayan, hərəkətləri qəlibə salınmayan şagirdlər inspektorların siyahısında olmalıdır. Bu uşaqlarla fərdi qaydada işlər aparılmalıdır”.
Ekspert Təvəkkül Səlimov isə bunları qeyd edib:
“Bir də görürsüz ki uşaq saatlarla evə gəlmir. Gecə saat 12-də, 1-də, 2-də də evə gəlmir. Valideyn də yatıb, uşaqla maraqlanmır. Nəticə etibarı ilə də uşaqlar müxtəlif cinayətlərə, kriminal hadisələrə meyil edirlər”, - deyərək, mövzuya münasibətini bildirib.
Məktəblər məni qınamasın, bəzən boş buraxır bu işləri. Məktəblərdə müəllimlər təkcə təhsil verməklə yox, həm də uşaqların təlim-tərbiyəsi ilə son dərəcə ciddi məşğul olmalıdırlar”.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub