Ədalət Partiyasının sədri İlyas İsmayılovun qətlə yetirilən oğlu Etimad İsmayılovla vida mərasimi başlayıb.
Mynews.az xəbər verir ki, mərhumla vida mərasimi İ. İsmayılovun Nardarandakı bağ evində keçirilir. Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb. Onların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də var.
Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülərək Nardaran qəbiristanlığında dəfn olunacaq.
Dəfn zamanı İsmayılovun tabutunun Türkiyə bayrağına bükülməsi diqqətdən qaçmayıb.(Qafqazinfo)


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub