Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.
Mynews.az xəbər verir ki, insident Əhməd Rəcəbli küçəsində yerləşən “Ariva” hotelinin 311 nömrəli otağında baş verib.
Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib.
Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.
İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.
Fakt üzrə istintaq davam edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub