Tənqidçi-esseist, filalogiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü Sabir Bəşirov vəfat edib.
Mynews.az BakuPost-a istinadən xəbər verir ki, Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında dünyasını dəyişib.
O, ucqar kənddə yaşasa da Azərbaycan ədəbi proseslərinin fəal iştirakçısı olub. Peşəkar tənqidçi kimi tanınıb və ədəbi mühitin istiqamətlənməsində əvəzedilməz rol oynayıb.
Qeyd edək ki, Sabir Bəşirov 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, Anar" (1994), "Əlabbas: Sözün köhnə kişisi" (2005), "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006), "60-cılar nəsrinin etik problemləri" (2006), "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010), "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010), "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010), "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011), "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012), "Əjdər Ol: nəsrin imkanları" (2014) "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” (2015) kimi monoqrafiyaların müəllifidir.
1989-cu ildə "Metodist müəllim” və "Qabaqcıl maarif xadimi” adlarını qazanmışdır.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub