Türkiyənin Qars şəhərinin Kağızman qəsəbəsində yerləşən Paslı kəndində yaşayan 9 yaşlı Sedanur Gözəlin 6 gün öncə yoxa çıxması ilə əlaqədar başladılan araşdırma zamanı saxlanılan Ertan B. barəsində detallar ortaya çıxmağa başlayıb.
Mynews.az xəbər verir ki, həbsxanadan qaçdığı üzə çıxan Ertan B. böyük qardaşı Ercan B.-nın adına hazırlanmış saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.
6 müxtəlif cinayət törədən Ertan B. şəhərdən qaçmaq istəyərkən hava limanında saxlanılıb. İfadəsində axtarılan azyaşlı Sedanur və yanındakı uşaqlarla danışdığını etiraf edən Ertan B. "Çox qısa danışdıq, aramızda divar var idi, sonra oradan uzaqlaşdım" deyib.
Ertan B-nin kənddən gedərkən onu görənlərə "Müge Anlının verilişinə qatılmağa gedirəm" dediyi ortaya çıxıb. Aparılan araşdırmalar zamanı Ertan B-nin telefonunda porno məzmunlu çoxlu video və fotolar da tapılıb.
İstintaq davam edir. Azyaşlı Sedanurun axtarışları da hələlik nəticə verməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub